IMG-LOGO

Novxanı-Pirşağı yolunda baş verən avtoqəzada 5 nəfər xəsarət alıb

02 Nov 2026 09:43 4 baxış
IMG

Novxanı-Pirşağı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, qəza nəticəsində beş nəfər xəsarət alıb.

Yaralılar hadisə yerindən təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Qəza ilə bağlı əlavə məlumatlar dəqiqləşdirilir.

Mənbə: report.az

Xəbər lenti