IMG-LOGO

Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılması layihəsinin təsdiqini təxirə salıb

02 Nov 2026 10:00 4 baxış
IMG

Dünya Bankı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturuna daxil olan "Azəriqaz" İstehsalat Birliyinin qazpaylama şəbəkəsində qaz sızmalarının aşkarlanması və aradan qaldırılması mexanizminin yaradılmasına yönəldiləcək investisiya maliyyələşdirməsi layihəsinin təsdiqlənmə tarixini növbəti dəfə dəyişib.

"Report" Banka istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 15 milyon ABŞ dollarına çatır.

Əvvəlcə layihənin Bankın Direktorlar Şurası tərəfindən nəzərdən keçirilməsi 2026-cı il aprelin 23-nə planlaşdırılırdı, sonradan bu tarix avqustun 6-na dəyişdirilib, hazırda isə noyabrın 27-nə keçirilib.

Layihə Azərbaycanın bütün ərazisini əhatə edəcək, həmçinin onun icrasında maliyyə vasitəçilərinin iştirakı nəzərdə tutulmur. Təşəbbüsün məqsədi "Azəriqaz"ın istismar etdiyi qazpaylayıcı şəbəkədən metan emissiyalarının azaldılması, həmçinin şirkətin aktivlərin idarə edilməsi sahəsində potensialının gücləndirilməsidir.

Xəbər yenilənir

Mənbə: report.az

Xəbər lenti