IMG-LOGO

Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürüb

02 Nov 2026 10:29 5 baxış
IMG

Beyləqanda 27 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, Mil qəsəbəsinin ərazisində yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Rəhman Mənsur oğlu Hacızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

R.Hacızadə xəstəxanaya aparılarkən yolda ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Mənbə: report.az

Xəbər lenti