IMG-LOGO

Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq hallarının sayı IV rübdə kəskin artıb

02 Mar 2026 16:47 4 baxış
IMG

2025-ci ilin IV rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 783 min 031 manatlıq 3 386 fırıldaqçılıq halı baş verib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, III rüblə müqayisədə müvafiq olaraq 50,5 % və 51,6% çoxdur.

Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 20 % artaraq 370 min 444 manata düşüb, fırıldaqçılıq hallarının sayı isə 29,1 % azalaraq 5 439-a düşüb.

IV rübdə ölkədaxili baş vermiş fırıldaqçılığın 21,9 %-i hesabın ələ keçirilməsi (17,5 faiz bəndi az), 78,1 %-i digər hallarla (17,5 faiz bəndi çox), ölkəxarici fırıldaqçılıq hallarının isə 90,3 %-i kartın fiziki iştirakı olamadan (17,3 faiz bəndi çox), 9,7 %-i digər hallarla (17,3 faiz bəndi az) bağlı olub.

Sentyabr-dekabr aylarında ölkədaxili fırıldaqçılığın 98,1 %-i (0,8 faiz bəndi az) elektron ticarət və mobil tətbiq üzərindən, 1,9 %-i (0,8 faiz bəndi çox) isə digər hallarda, ölkəxarici fırıldaqçılığın isə 96,3 %-i (9,7 faiz bəndi çox) elektron ticarət və mobil tətbiq üzərindən, 3,7 %-i (9,7 faiz bəndi az) isə digər hallarda baş verib.

Xəbər lenti