IMG-LOGO

Bolqarıstan MSK: Səslərin 99,68 %-i sayıldıqdan sonra Yotova prezident seçkilərində qalib gəlir

02 Nov 2026 10:16 4 baxış
IMG

Bolqarıstanda prezident seçkilərinin ikinci turunda protokolların 99,68 %-i emal edildikdən sonra ölkənin müvəqqəti prezidenti İliyana Yotova 57,6 % səslə qalib gəlir.

"Report" xəbər verir ki, bu barədə "Nova" agentliyi Bolqarıstan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən məlumat yayıb.

Yotova və Valçev seçici səslərinin 57,661 %-ni (ümumilikdə 1 091 206 səs) toplayıblar. Andrey Gyurov və Georgi Kandev cütlüyü 39,383 % səslə (745 303 səs) ikinci yeri tutur.

Andrey Gyurov artıq öz məğlubiyyətini qəbul edib.

Qeyd edək ki, oktyabrın 25-də keçirilən seçkilərin birinci turunun yekunlarına əsasən namizədlərdən heç biri səslərin yarısından çoxunu toplamamışdı - Yotova 34,76 %, Gyurov isə 31,94 % səs almışdı. Bu zaman seçici fəallığı rekord dərəcədə aşağı – 22 % təşkil edib. İliyana Yotova Bolqarıstanda prezident seçilən ilk qadın olacaq.

Mənbə: report.az

Xəbər lenti