IMG-LOGO

Məşhur aparıcının verilişi efirdən yığışdırıldı – Yerinə kim gəlir?

02 Nov 2026 10:58 4 baxış
IMG
1 0

Türkiyənin tanınmış aparıcısı Kadir Ezildinin təqdimatında yayımlanan “En Hamarat Benim” verilişi ilə bağlı gözlənilməz dəyişiklik gündəmə gəlib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddətdir efirdə görünməyən proqramın yerinə yeni layihənin yayımlanacağı bildirilir.

Məlumata görə, “Gelinler Sofrada” adlı yeni verilişin aparıcılığı aktrisa Pelin Öztekinə həvalə olunacaq.

Bu dəyişiklik Kadir Ezildinin proqramının gələcək taleyi ilə bağlı suallar yaradıb. Lakin “En Hamarat Benim”in birdəfəlik bağlanıb-bağlanmadığı barədə hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Kadir Ezildi Türkiyədə məişət və yarışma formatlı televiziya proqramları ilə məşhurlaşıb.

 

Kadir Ezildi Pelin Öztekin Türkiyə maqazini En Hamarat Benim Gelinler Sofrada televiziya məşhurlar şou-biznes

Mənbə: lent.az

Xəbər lenti