IMG-LOGO

Bakıda zəncirvari qəza - xəsarət alan var-FOTO

11.12.2023 03:46 103 baxış
IMG

Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Rəşid Behbudov prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində qeydə alınıb. 

Əsas yola gözləmədən daxil olan “Chevrolet” markalı minik avtomobili hərəkətdə olan digər “Toyota” və “Honda”  markalı maşınlara çırpılıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Əraziyə təcili yardım briqadası çağırılıb. Yaralıya yerində yardım göstərilib. Avtomobillər yoldan götürülərək aidiyyati üzrə təhvil verilib.  Qəzanın səbəbləri araşdırılır.  

Xəbər lenti