"Kəpəz"in məşqçilər heyəti futbolçu Ümid Səmədova güvənir.
Bunu "Report"a açıqlamasında Gəncə klubu ilə müqavilə müddətini uzadan 22 yaşlı müdafiəçi özü bildirib.
O, komandadakı hədəflərindən danışıb:
"Hədəfimiz 2026/2027 mövsümünü bacardığımız qədər ən yuxarı pillələrdə başa vurmaqdır. Ev oyunlarını öz stadionumuzda keçirəcəyik. Həm mən, həm də komanda yoldaşlarım əlimizdən gələni edəcəyik ki, doğma publika önündə azarkeşlərimizi sevindirək".
Ü.Səmədov sözlərinə belə davam edib:
"Baş məşqçimiz Azər Məmmədovla yanaşı, digər məşqçilərlə də söhbətim olub. Hər biri mənə inandıqlarını və güvəndiklərini bildiriblər. Qarşılıqlı istək üzərinə müqavilənin müddətini uzatdıq. İnanıram ki, cari mövsüm daha çox forma geyinmək şansı əldə edəcəyəm".
Qeyd edək ki, Ü.Səmədov "Kəpəz"lə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.
Mənbə: report.az