IMG-LOGO

Kapadokiyada "pəri bacası" uçdu: ölənlərin sayı artdı - YENİLƏNİB-VİDEO

29 Oct 2026 19:12 2 baxış
IMG
7 0

Kapadokyada Göreme Açıq Hava Muzeyindəki  uçqun nəticəsində ölənlərin sayı artıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə nəticəsində daha bir nəfərin meyiti tapılıb, ölənlərin sayı 3-ə çatıb.

***

17:21

Türkiyənin Kapadokiya bölgəsində baş verən faciə zamanı ölənlərin sayı açıqlanıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

***

16:55

Türkiyənin Kapadokiya bölgəsində, Göremə Açıq Hava Muzeyinin girişində “pəri bacası” adlandırılan təbii qaya sütunu çöküb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Onların sayı barədə hələlik məlumat verilməyib.

Sizin brauzer video tagını dəstəkləmir. Türkiyə Kapadokiya Turizm

Mənbə: lent.az

Xəbər lenti