IMG-LOGO

Sabah Xətai və Suraxanı rayonlarının bəzi küçələrində qaz olmayacaq

29 Oct 2026 19:04 2 baxış
IMG

Sabah Xətai və Suraxanı rayonlarının bəzi küçələrində qaz olmayacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-u saat 10:00-dan işlər yekunlaşanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mənbə: report.az

Xəbər lenti