IMG-LOGO

"World Winners Cup Alanya 2026": Azərbaycanın "Marafon" klubu dördüncü matçında da uduzub

29 Oct 2026 17:35 2 baxış
IMG

Azərbaycanın çimərlik futbolu komandası "Marafon" İK "World Winners Cup Alanya 2026" turnirindəki dördüncü matçında da məğlub olub.

"Report"un məlumatına görə, F qrupunda yer alan ölkə təmsilçisi Fransanın "Sevenne" komandasına uduzub.

Matç rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə təmsilçimiz 32 komandanın mübarizə apardığı turniri 25-ci pillədə başa vurub.

Qeyd edək ki, "Marafon" İK qrupda daha əvvəl keçirdiyi görüşlərdə Çinin TMS klubuna (2:4), Ukraynanın "Sunrise" (Kiyev) komandasına (6:8) və Bolqarıstan təmsilçisi "Spartak"a (4:4, p. - 1:3) uduzub.

Mənbə: report.az

Xəbər lenti