Abşeron rayonu, Ceyranbatan qəsəbəsində məktəbdə kütləvi zəhərlənmə baş verib.
Lent.az xəbər verir ki, hadisə 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.
İlkin məlumata görə, 10 şagird qidadan zəhərlənib.
AQTA-dan sorğumuza cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən isə saytımıza bildirilib ki, bu gün saat 15:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
zəhərlənmə hadisə Abşeron məktəbMənbə: lent.az