IMG-LOGO

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq haqqında müqavilə təsdiq ediləcək

29 Oct 2026 16:53 2 baxış
IMG

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq ediləcək.

"Report" xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Komitə iclasında həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiqi haqda qanun layihəsi də müzakirə edilib. Hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Mənbə: report.az

Xəbər lenti