IMG-LOGO

Taleh Babayev: "2026-cı ilin ən yaxşısı seçilmək hər bir minifutbolçunun arzusudur"

29 Oct 2026 17:12 2 baxış
IMG

Azərbaycanda ilin ən yaxşısı seçilmək hər bir minifutbolçunun arzusudur.

Bunu "Report"a açıqlamasında "Zirə"nin və Azərbaycan millisinin üzvü Taleh Babayev deyib.

O, mükafata layiq görüldüyü üçün çox sevindiyini bildirib:

"Təəssüratlarım, əlbəttə ki, yaxşıdır. Məncə, hər bir minifutbolçunun xəyallarından biri ilin ən yaxşısı seçilməkdir. Sözün düzü, bu mükafatı gözləyirdim. Çünki həm çıxış etdiyim "Zirə" klubu ilə Azərbaycan, həm də milli komanda ilə Avropa çempionu oldum. Düşünürəm ki, mənim üçün yaxşı mövsüm alındı. Həm "Zirə"də, həm də yığmada bu ada layiq olan futbolçular çox idi. Amma məni seçdilər. Dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".

Təcrübəli idmançı "Zirə"nin İspaniyanın Barselona şəhərində keçirilən Çempionlar Liqasındakı çıxışına da toxunub:

"Gözlədiyimiz nəticə alınmadı. Çünki Barselonaya çempionluq üçün yollanmışdıq. Lakin 1/4 finalda penaltilər seriyasında məğlub olduq. İnanıram ki, növbəti mövsümlərdə daha yaxşı nəticə göstərəcəyik".

Milli üzvü yeni mövsümlə bağlı hədəflərini də bölüşüb:

"Hədəfimiz ilk növbədə "Zirə" ilə yenidən çempion olmaqdır. Daha sonra millinin təlim-məşq toplanışı başlayacaq. Dünya çempionatına hazırlaşacağıq".

Qeyd edək ki, Taleh Babayev 2026-cı ilin ən yaxşı minifutbolçusu seçilib.

Mənbə: report.az

Xəbər lenti