IMG-LOGO

Pakistanda avtobus dərəyə aşıb: ölənlər və xəsarət alanlar var

29 Oct 2026 11:36 3 baxış
IMG

Pakistanın şərqindəki Pəncab əyalətində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində ən azı 5 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb.

Bu barədə "Report" DAWN-a istinadən xəbər verir.

Məlumata görə, sürücü sürət həddini aşdığı üçün idarəetməni itirib.

Hadisədən qısa müddət sonra xilasetmə xidmətləri hadisə yerinə gələrək sərnişinlərin təxliyəsinə başlayıb. Xəsarət alanlara ilkin yardım göstərilib, 20 nəfər xəstəxanaya çatdırılıb.

Yerli hakimiyyət orqanlarının dəstəyi ilə avtobus kran vasitəsilə qaldırılıb, bundan sonra həlak olan 5 nəfərin meyiti nəqliyyat vasitəsinin altından çıxarılıb.

Mənbə: report.az

Xəbər lenti