IMG-LOGO

"Azərkosmos"un ixrac gəlirləri 48 %-dən çox artıb

29 Oct 2026 10:57 4 baxış
IMG

Bu ilin yanvar-sentyabr aylarında Kosmik Agentlik ("Azərkosmos") 19,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 48,5 % çoxdur.

9 ayda peyk telekommunikasiya xidmətlərini 36 ölkədən təxminən 95 şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 5 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (3,1 milyon ABŞ dolları), Lüksemburq (2,4 milyon ABŞ dolları), Türkiyə (989,7 min ABŞ dolları), Pakistan (884,4 min ABŞ dolları) və Misir (484,9 min ABŞ dolları) olub.

Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 66 %-dən 61 %-ə düşüb.

Mənbə: report.az

Xəbər lenti