Azərbaycan Asiya-Sakit okean regionu ölkələri ilə turizm əlaqələrini genişləndirir.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev "PATA Hosted Buyers Summit Baku 2026"da deyib.
DTA sədrinin sözlərinə görə, bu il Azərbaycanın turizm imkanları Çində bir sıra beynəlxalq sərgilərdə nümayiş olunub:
"Regional tərəfdaşlarla əməkdaşlığımız bu il də bir sıra irimiqyaslı beynəlxalq sərgilərdə, o cümlədən Çində "ITB China", İndoneziyada "Indonesia Travel Expo" və Kuala-Lumpurda "WITEX" sərgilərində, eləcə də Çin, İndoneziya, Malayziya, Sinqapur, Cənubi Koreya və Yaponiya üzrə təşkil olunmuş "roadshow"da iştirakımızla davam edir. Pekin şəhərində nümayəndəliyimizin fəaliyyətə başlaması Azərbaycanı bu bazarlara daha da yaxınlaşdırmaq və tərəfdaşlarımızla uzunmüddətli əlaqələr qurmaq yolunda atılmış növbəti mühüm addımdır".
O əlavə edib ki, tədbirdə Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Koreyadan olan 50-dən çox turizm sənayesi nümayəndəsinin Bakıda bir araya gəlib:
"Bu sammit Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi, eləcə də beynəlxalq alıcılar və yerli turizm sənayesi nümayəndələri arasında birbaşa biznes əlaqələrinin qurulması üçün dəyərli platformadır".
Mənbə: report.az