Uqandada azı 38 nəfərin qətlində şübhəli bilinən Mozes Micurizi saxlanılıb. Onun 15 il ərzində insanları öldürdüyü və kannibalizm əməlləri (insan əti yemə) törətdiyi iddia olunur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, istintaqın məlumatına görə, şübhəli şəxs bəzən ailələrə hücum edib.
Məlumata əsasən, Micurizi əvvəllər dörd dəfə saxlanılıb, lakin qaçaraq və ya rüşvət verərək azadlığa çıxıb.
İlk saxlanılması zamanı 17 cinayəti etiraf etdiyi bildirilən şəxs həbsxanaya gizlicə pul keçirib və nəzarətçiyə rüşvət verərək oradan çıxmağa nail olub.
Uqanda kannibal adam yeyən saxlanılmaMənbə: lent.az