Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə axşam saatlarında rayonun Musaküçə kəndi ərazisində qeydə alınıb.
Sakit İsmayılovun idarə etdiyi "Subaru" markalı nəqliyyat vasitəsi Məzahir Əkbərovun idarə etdiyi "Zil" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "Subaru"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nəqliyyat vasitəsində sərnişin qismində olan 60 yaşlı Taleh Həsənov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr yol qəzası ölümMənbə: lent.az