IMG-LOGO

BYD “Rolls-Royce”a rəqibini təqdim etdi

29 Oct 2026 04:36 2 baxış
IMG
2 0

Çinin BYD şirkəti “Rolls-Royce Ghost” modelinə rəqib kimi hazırladığı lüks sedanı “Yangwang Altior”un ilk görüntülərini yayımlayıb.

Lent.az xəbər verir ki, təxminən 300 min dollar qiymətində olan avtomobilin uzunluğu 5,5 metrdir.

Modelin dünya premyerasının noyabrın 5-i ətrafında Dubayda keçirilməsi planlaşdırılır.

Avtomobilin dörd elektrik mühərriki və hidravlik asqı sistemi ilə təchiz ediləcəyi gözlənilir.

Şirkət bu model vasitəsilə Yaxın Şərqin lüks avtomobil bazarında mövqeyini gücləndirməyi hədəfləyir.

BYD Rolls-Royce

Mənbə: lent.az

Xəbər lenti