IMG-LOGO

"Bild": Almaniyanın dövlət borcu 2,8 trilyon avronu keçib

29 Oct 2026 03:51 2 baxış
IMG

Almaniyanın dövlət borcu tarixi maksimuma çataraq 2,819 trilyon avro həddini aşıb.

"Report" "Bild" qəzetinə istinadən xəbər verir ki, bunu "Pleite-Uhr" ("Müflisləşmə sayğacı") proqnostik makroiqtisadi sayğacının məlumatları göstərir.

Aktual hesablama modellərinə əsasən, ölkədə eyni vaxtda korporativ sektorda və əmək bazarında vəziyyətin kəskin pisləşməsi qeydə alınıb. İlin əvvəlindən hüquqi şəxslərin müflisləşməsi hallarının sayı artıq 21 303-ə çatıb. Riyazi model göstərir ki, Almaniyada hər 20 dəqiqədə bir şirkət bağlanır. Təkcə son dörd gün ərzində - oktyabrın 24-dən 28-dək olan dövrdə 357 müəssisə müflis elan edilib.

Təkcə son günlərdə müflisləşmiş müəssisələr sırasında 150 illik tarixə malik ən qədim "Tullau Pappen" kağız fabriki və "Mercedes-Benz" avtokonserni üçün iri avtokomponentlər tədarükçüsü olan "Aios" zavodu yer alıb.

Paralel olaraq əhalinin məşğulluğu ilə bağlı vəziyyət pisləşir. İlin əvvəlindən işin itirilməsi ilə bağlı qeydə alınmış ərizələrin sayı 5 935 856-ya çatıb. Ekspertlərin qiymətləndirmələrinə görə, artım dinamikası hər dörd saniyədə bir yeni işsiz təşkil edir.

Mənbə: report.az

Xəbər lenti