ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens prezident Donald Trampın tapşırığı ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) uzun müddət komandanı olmuş Möhsün Rzaiyə məktub göndərib.
Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məktubun məqsədi ABŞ ilə İran arasında danışıqları bərpa etmək və Konqresə aralıq seçkilərdən sonra ABŞ-ın İrana mümkün yeni zərbələrinin qarşısını almaqdır.
Qeyd edək ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı güzəştlər əldə etməyə, Tehran isə iqtisadi sanksiyaların yumşaldılmasına çalışır.
VensMənbə: lent.az