IMG-LOGO

Kəlbəcərdə ağır qəza, sürücü öldü, arvadı yaralandı

28 Oct 2026 23:26 7 baxış
IMG
0 0

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “KİA” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza zamanı sürücü  B. Nuruyev hadisə yerində ölüb, onun həyat yoldaşı Ə. Nuruyeva yaralanıb.

 

Kəlbəcər qəza

Mənbə: lent.az

Xəbər lenti