Ukrayna Donetsk vilayətində silahsızlaşdırılmış zonanı müzakirə etməyə hazırdır.
"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Sergey Leşşenko efirdə bildirib.
Onun sözlərinə görə, Kiyev müharibənin tezliklə başa çatdırılması barədə danışıqlar aparmağı təklif edir.
"Ukrayna kompromisə getməyə hazırdır. Məsələn, Donetsk vilayəti ərazisindəki hərbsizləşdirilmiş zona - bütövlükdə deyil, hər iki tərəfdən döyüş toqquşması xətti ətrafında yerləşən hissədə - liderlərin danışıqlarında müzakirə edilə bilər. Ukrayna bunu təkliflərdən biri kimi hazırlayırdı", - Leşşenko qeyd edib.
O vurğulayıb ki, Ukrayna mürəkkəb məsələləri müzakirə etməyə hazırdır, lakin Ukrayna ərazilərinə dair qərarlar Ukrayna rəhbərliyinin iştirakı olmadan qəbul edilə bilməz.
Mənbə: report.az