IMG-LOGO

Kəşfiyyatı “Google Cloud”dan istifadə edəcək

29 Oct 2026 03:21 2 baxış
IMG
0 0

Almaniyanın üç əsas kəşfiyyat qurumu məxfi sənədlərin təhlükəsiz mübadiləsi üçün “Google”un internetdən təcrid olunmuş bulud sistemindən istifadə etməyi planlaşdırır.

Lent.az xəbər verir ki, “ND-Cloud” adlandırılan sistem Almaniyanın daxili və xarici kəşfiyyat xidmətləri, eləcə də hərbi kəşfiyyat tərəfindən istifadə olunacaq.

Məlumatlar Almaniya ərazisində saxlanılacaq və “Google”un onlara çıxışı olmayacaq.

Layihə təhlükəsizlik və ABŞ texnologiyalarından asılılıqla bağlı suallar doğursa da, sistemin internetə birbaşa qoşulmadan işləməsi nəzərdə tutulur.

Almaniya kəşfiyyat Google

Mənbə: lent.az

Xəbər lenti