Serbiya Radio və Televiziyasının baş direktoru Manja Qrçiç vəzifəsindən istefa verib.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə televiziyanın rəsmi saytında məlumat dərc olunub.
Manja Qrçiç istefası ilə bağlı qərarını ictimai yayımçının hazırda fəaliyyət göstərdiyi şəraiti diqqətlə nəzərdən keçirdikdən sonra qəbul etdiyini bildirib.
O qeyd edib ki, qərarının məqsədi qurumun fəaliyyətinin maneəsiz davam etdirilməsinə imkan yaratmaqdır.
Qeyd edək ki, Manja Qrçiç bu il fevralın 11-də televiziyanın baş direktoru vəzifəsinə təyin olunub.
Mənbə: report.az