Xəbər verdiyimiz kimi, bu gün 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi 4-cü mərtəbənin pəncərəsindən özünü atıb.
Lent.az xəbər verir ki, hadisə ilə əlaqədar məktəbə çəkilişə gedən televiziya əməkdaşlarına hücum olub.
Nəticədə məktəbdə çəkiliş aparan 2 telekanalın operatoru döyülüb.
Polis əməkdaşlarının həyata keçirdiyi operativ tədbirlərlə TV əməkdaşlarına xəsarət yetirən şəxslər müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr məktəbMənbə: lent.az