IMG-LOGO

"iPhone"nunuz təhlükədədir - Hansı parametrlər cihazı məhv edir?

11 May 2026 18:21 2 baxış
IMG
2 0

Ekspertlər “iPhone” istifadəçilərinə cihazın sürətinə, məxfilik səviyyəsinə və batareyanın xidmət müddətinə təsir edə biləcək parametrlər barədə xəbərdarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, istifadəçilərin əksəriyyəti smartfonun imkanlarının yalnız kiçik hissəsindən yararlanır və eyni zamanda cihazın fəaliyyətini zəiflədə biləcək funksiyaları aktiv saxlayır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ekspertlərin əsas tövsiyələrindən biri batareyanın doldurulma parametrləri ilə bağlıdır.

Bildirilir ki, telefonun daim 100 faizə qədər doldurulması batareyanın daha tez köhnəlməsinə və zamanla məhsuldarlığının azalmasına səbəb olur. Buna görə də, enerjinin 80 faizlə məhdudlaşdırılması məsləhət görülür.

Mütəxəssislər həmçinin “Apple”yə analitik məlumatların göndərilməsi funksiyasını söndürməyi tövsiyə edirlər. Onların sözlərinə görə, “iPhone” mütəmadi olaraq şirkətə texniki məlumatlar ötürür ki, bu da həm enerji sərfiyyatına, həm də istifadəçi məxfiliyinə təsir göstərə bilər.

Ekspertlər “arxa panelə toxunma” funksiyasına da xüsusi diqqət yetiriblər. Bu imkan sayəsində istifadəçilər telefonun arxa hissəsini əlavə düymə kimi istifadə edərək fənəri aktivləşdirə, ekran görüntüsü çəkə və ya digər funksiyaları işə sala bilərlər.

Bundan əlavə, mütəxəssislər foto çəkilişi üçün “Apple ProRAW” rejimini aktivləşdirməyi məsləhət görüblər. Bu funksiya şəkillərdə daha çox detalın saxlanmasına imkan verir və daha yüksək keyfiyyətli görüntülər əldə etməyə şərait yaradır.

Ekspertlər eyni zamanda “Apple”ın süni intellekt əsaslı daxili funksiyalarını da xatırladıblar. Vizual axtarış funksiyası fotolardakı obyektləri, o cümlədən bitkiləri, heyvanları və müxtəlif əşyaları tanıya bilir.

iphone telefon texno

Xəbər lenti