IMG-LOGO

"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu keçirib

28 Oct 2026 19:44 8 baxış
IMG

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu bu gün keçirib.

"Report"un məlumatına görə, müntəzəm mövsümün IV turunda "Oradya"nı (Rumıniya) qəbul edən "ağ-qaralar" 83:99 hesabı ilə uduzublar.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Xatırladaq ki, "Neftçi" H qrupunda keçirdiyi əvvəlki üç görüşdə məğlub olub. Komanda daha əvvəl "Fribur Olimpik"ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi "Mikonos"a 58:78 və Latviyanın VEF kollektivinə 94:110 hesabı ilə uduzub.

Mənbə: report.az

Xəbər lenti