IMG-LOGO

Venesuela neft və qaz sənayesini gücləndirməyi planlaşdırır

19 Jan 2026 04:33 3 baxış
IMG

"Cəmiyyətin maraqlarını nəzərə alaraq, valyuta ehtiyatlarını məsuliyyətlə idarə etməklə və qorumaqla neft və qaz sənayesini gücləndirəcəyik".

"Report" xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqes telegram kanalında məlumat yayıb.

O, ölkənin iqtisadi artımı üçün milli istehsalın fəal şəkildə stimullaşdırılmasına və idxaldan səmərəli istifadənin zəruriliyini qeyd edib: "Bu mərhələ bizdən birlik və millət olaraq böyüklük tələb edir".

O qeyd edib ki, Venesuelanın xalqının rifahını təmin etmək üçün lazımi resursları var.

Xəbər lenti