IMG-LOGO

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28 Oct 2026 19:42 8 baxış
IMG

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə UNESCO arasında mövcud əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı mədəni irsin qorunması, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb, bu istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Mənbə: report.az

Xəbər lenti