IMG-LOGO

Numan Kurtulmuş: Türkiyə Azərbaycan-Ermənistan yaxınlaşmasını müsbət qiymətləndirir

09 Apr 2026 20:21 2 baxış
IMG

Türkiyə, Azərbaycan və Ermənistan arasında parlamentlərarası səviyyədə üçtərəfli dialoqun inkişafı istisna edilmir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində parlamentlərarası diplomatiyanın rolundan danışarkən deyib.

Onun sözlərinə görə, Qafqaz regionundakı digər dövlətlər də siyasi və parlamentlərarası səviyyədə üçtərəfli dialoq formatına cəlb edilə bilər.

Türkiyənin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin inkişafını həssas məsələ hesab edən N.Kurtulmuş bildirib:

"Rəsmi Ankara əvvəldən də regiondakı bütün dövlətlər arasında əməkdaşlıq mühiti yaradılmasını mümkün hesab edib. Bu mənada əsas çətinlik Azərbaycanın Qarabağ bölgəsinin işğalı ilə bağlı idi. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi isə Cənubi Qafqazda yeni güc balansı yaradıb. Türkiyə Azərbaycanla Ermənistan arasındakı yaxınlaşmanı, xüsusən də son addımları çox müsbət və vacib hesab edir. Ümid edirik ki, Cənubi Qafqazda tezliklə uzunmüddətli sülh mühiti bərqərar olunacaq".

Xəbər lenti