Goranboyda bədbəxt hadisə baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Göyçay rayon sakini 15 yaşlı Sadiq Qurbanov kənddə yerləşən bələdiyyə binasının damından yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: lent.az