IMG-LOGO

Hacıqabulda "Jiquli" iki nəfəri vurdu, biri öldü

09 Dec 2023 20:41 214 baxış
IMG

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Udulu kəndində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil yolda iki nəfəri vurub.

Onlardan biri yüngül xəsarət alsa da, digər piyada - Udulu kənd sakini, 2005-ci il təvəllüdlü Xociyev Pünhan Ehtiram oğlu aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti