IMG-LOGO

Pərvin Abıyevanın Azərbaycandan çıxışına QADAĞA

08 Dec 2023 18:00 100 baxış
IMG

Tanınmış aktrisa Pərvin Abıyevanın ölkədən çıxışına qadağa qoyula bilər.

Lent.a-ın məlumatına görə, aktrisanın fərdi sahibkar kimi dövlət büdcəsinə vergi borcu yaranıb. Borc ödənmədiyi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Dövlət qurumu məhkəməyə müraciətində borc ödənmədiyi halda aktrisanın Azərbaycandan çıxışına qadağa qoyulmasını xahiş edib.

İş üzrə məhkəmə baxışı dekabrın 14-də keçiriləcək.

Xəbər lenti