IMG-LOGO

Azərbaycanda daha bir nazir işdən çıxarıldı

08 Dec 2023 16:30 62 baxış
IMG

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib.

Lent.az “APA-Economics”ə istinadla bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.

Mənbə: lent.az

Xəbər lenti