"TikTok"da birinci kurs tələbələrini hədələdiyi üçün universitetdən kənarlaşdırılan Kənan Zindadilin bir ildən sonra yenidən təhsil müəssisəsinə bərpa olunacağı ilə bağlı məlumatlar yayılıb.
Lent.az məsələnin hüquqi tərəfini araşdırıb.
Qanuna əsasən, universitetdən kənarlaşdırılan şəxslər 15 il müddətinə yenidən təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər:
Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarına əsasən, ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 (on beş) il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə (bakalavriat səviyyəsinə münasibətdə əvvəl təhsil aldığı ixtisas və təhsilalma forması, magistratura səviyyəsinə münasibətdə əvvəl təhsil aldığı ixtisaslaşma və təhsilalma forması üzrə) bərpa olunmaq üçün müraciət edə bilərlər.
Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçirilir.
ADMİU Tələbə Universitetdən kənarlaşdırılan tələbə Kənan ZindadilMənbə: lent.az