IMG-LOGO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTOLENT

18 Sep 2026 18:38 2 baxış
IMG
1 0

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.

Lent.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsert proqramında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, Müslüm Maqomayevin “Şah İsmayıl” operasının uvertürası (işləmə – Qara Qarayev), A. Rəhimkulovanın “Qozı Körpəş–Bayan Sulu” baletindən “Bulaq başında” dueti, M. Bəqəliyevin “Bayram uvertürası”, Ö. Gülbayın fleyta, qoboy və orkestr üçün “Rapsodiya”sı, R. Nepesovun “Yunus” əsəri, R. Abdullayevin “Sevgi mahnısı”, S. Laszlonun violin və orkestr üçün “Transilvaniya rəqsi” əsərləri təqdim olunub.

Orkestrə Əməkdar artist Fuad İbrahimov dirijorluq edib.(APA)

 

Üzeyir Hacıbəyli musiqi festival

Mənbə: lent.az

Xəbər lenti