Cəlilabadda zəncirvari yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
"VAZ-21011" markalı avtomobil manevr edərək dönmə əməliyyatı yerinə yetirərkən, arxadan gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ona çırpılıb. Zərbənin təsirindən maşın yoldan çıxaraq əks istiqamətdən gələn "VAZ-2106" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində 4 nəfər, 16 yaşlı Fatimə Mirzəzadə, 46 yaşlı Cəlal Mirzəzadə, 47 yaşlı Elçin Quliyev və 16 yaşlı Şəfa Məmmədova xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Hadisələr yol qəzası ölüm meyit
Mənbə: lent.az