39 yaşlı argentinalı futbolçu Lionel Messi karyerasında 48-ci titulunu qazanaraq 2026-cı il KONKAKAF Çempionlar Kubokunu başı üzərinə qaldırıb.
Lent.az-ın xəbərinə görə, Messi oynadığı üç klubla - "Barselona", PSJ və "İnter Mayami" ilə kuboklar və Argentina milli komandası ilə altı titul qazanıb.
ABŞ-ın "İnter Mayami" komandası Meksika təmsilçisi "Kruz Azul"u 2-0 hesabı ilə məğlub edərək KONKAKAF Çempionlar Kubokunun qalibi olub. Argentinalı ulduz futbolçu isə oyunda bir dəfə fərqlənərək komandada 100-cü qolunu vurub.
Bu yaxınlarda Çempionlar Liqası kubokunu başı üzərinə qaldıran Messi, ümumilikdə 48 kubokla tarixin ən çox kubok qazanan oyunçusu titulunu qoruyub saxlayır. 2000-ci illərdə futbol dünyasında şöhrət qazanan digər portuqaliyalı ulduz Kriştiano Ronaldo karyerası ərzində 35 kubok qazanıb.
Argentinalı ulduz futbolçu karyerası ərzində "Barselona", PSJ və "İnter Mayami"də oynayaraq 42 kubok qazanıb. Messi həmçinin Argentina milli komandası ilə altı titul qazanıb və bununla da klub və milli komanda karyerasında qazandığı kubokların ümumi sayını 48-ə çatdırıb.
Messinin klub və milli komanda karyerası ərzində qazandığı 48 kubok bunlardır:
• Argentina milli komandası (6 kubok)
• Dünya çempionatı: 1
• Copa America: 2
• Finalissima: 1
• Olimpiya oyunları: 1
• FİFA U-20 Dünya çempionatı: 1
• “Barselona” (35 kubok)
• La Liqa Çempionatı: 10
• Copa del Rey (İspaniya Kral Kuboku): 7
• İspaniya Super Kuboku: 8
• Çempionlar Liqası: 4
• UEFA Super Kuboku: 3
• FİFA Klublararası Dünya çempionatı: 3
• PSJ (3 kubok)
• Liqa 1 çempionatı: 2
• Fransa Super Kuboku: 1
• “İnter Mayami” (4 kubok)
• Liqa Kuboku: 1
• MLS Fan Shield Kuboku: 1
• MLS kuboku: 1
• CONCACAF Çempionlar Kuboku: 1
İdman xəbərləriMənbə: lent.az