Türkiyədə kişi hamilə arvadını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Osmaniye vilayətinin Kadirli rayonunda baş verib.
K.F. yaşadıqları evdə iki uşaq anası və 6 aylıq hamilə olan 20 yaşlı arvadı Didar F-lə mübahisə edib. Mübahisə zamanı kişi arvadını döyüb. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb. Hadisədən sonra saxlanılan mərhumun həyat yoldaşı K.F. həbs olunub.
Didar F.-nin meyiti atasının yaşadığı Düziçi rayonuna aparılıb və Çamiçi qəbiristanlığında dəfn edilib.
Hadisələr qətl kriminal xəbərlər kriminal hadisələr dünyadan xəbərlər
Mənbə: lent.az