IMG-LOGO

Fransadan Azərbaycana səyahət xəbərdarlığı - Rəsmi Bakıdan SƏRT REAKSİYA

18 Sep 2026 17:27 2 baxış
IMG
0 0

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı mövqeyini şərh edib.

Bu barədə Lent.az-a XİN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan XİN Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” iddiaları ilə əsaslandırmağa çalışmasını qətiyyətlə pisləyib və rədd edib:

Ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.

Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almaması diqqətdən kənarda qala bilməz. Bununla yanaşı, Fransa tərəfinin beynəlxalq hüquqi pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur.

Fransa tərəfini Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, ölkəmizin suverenliyinə və daxili işlərinə hörmət etməyə və ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırırıq".

Fransa-Azərbaycan münasibətləri

Mənbə: lent.az

Xəbər lenti