Türkiyəli məşhur müğənni İrem Derici son görüntüsü ilə yenidən maqazin gündəminə gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, nişanlısı Melih Kunukçu ilə münasibəti davam edən sənətçinin qarnının nəzərə çarpması sosial şəbəkələrdə onun hamilə olduğu barədə iddiaların yayılmasına səbəb olub.
İrem Derici isə yayılan söz-söhbətlərə münasibət bildirib və hamilə olmadığını açıqlayıb. Müğənni daha əvvəl də eyni mövzuda danışaraq evlənmədən uşaq sahibi olmağı düşünmədiyini söyləmişdi.
Qeyd edək ki, İrem Derici və Melih Kunukçu bir müddətdir evlilik hazırlıqları ilə də gündəmdədir. Sənətçi daha əvvəl ilin sonuna qədər nikah ola biləcəyini, lakin böyük toy planlaşdırmadıqlarını açıqlamışdı.
İrem Derici Melih Kunukçu İrem Derici hamilədir hamiləlik iddiası Türkiyə maqazini məşhurlar maqazin xəbərləri İrem Derici xəbərləri sosial media müğənni evlilik nişanlı cütlük
Mənbə: lent.az