Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb.
Lent..az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Prospektlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qeyd edək ki, gəlinin olduğu avtomobili bəy idarə edirmiş. Qəza nəticəsində bəy və gəlin xəsarət almayıb. Ancaq avtomobilə və işıq təsərrüfatına ciddi ziyan dəyib.
Bəy və gəlin qəzadan sonra başqa avtomobillə toy mərasimi olan məkana gediblər.
Faktla bağlı araşdırma aparılır.
Gəncə toy karvanı gəlin maşını qəza

Mənbə: lent.az