IMG-LOGO

Saniyənin katrilyonda birində şarj olan batareya hazırlandı

14 Sep 2026 05:31 2 baxış
IMG
0 0

Alimlər olduqca qısa müddətdə enerji yığa bilən yeni nəsil kvant batareyası hazırlayıblar.

Lent.az xəbər verir ki, tədqiqatçıların fikrincə bu texnologiyanın enerji yığma sürəti saniyənin katrilyonda biri qədər ola bilər.

Yeni batareyanın əsas xüsusiyyəti onun adi batareyalardan fərqli olaraq kvant mexanikasının prinsiplərindən istifadə etməsidir. Alimlər hesab edirlər ki, texnologiya gələcəkdə elektron cihazların enerji ilə təmin olunması prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

Hazırda texnologiya ilkin tədqiqat və prototip mərhələsindədir. Buna görə də söhbət smartfonların və digər cihazların yaxın zamanda bu üsulla doldurulacağından getmir.

Tədqiqatçılar isə kvant batareyalarının gələcəkdə daha sürətli və səmərəli enerji sistemlərinin yaradılmasına yol aça biləcəyini düşünürlər.

 

batareya şarj

Mənbə: lent.az

Xəbər lenti