IMG-LOGO

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub

12 Feb 2026 20:44 2 baxış
IMG

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar yanıb.

Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmış mənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub

Xəbər lenti