IMG-LOGO

“Oskar” alan böyük cırtdan - Piter Dinkleyc 55 yaşında

11.06.2024 14:28 48 baxış
IMG

“Mən heç vaxt iddialı olmamışam və heç vaxt “Oskar” alacağımı təsəvvür etməmişəm. Yavaş-yavaş işimi görürdüm, teatrda oynayırdım, kiçik filmlərdə rol alırdım və sonra gözlənilmədən özümü irimiqyaslı layihələrdə gördüm”.

Lent.az xarici mətbuata istinadən bildirir ki, bu fikirləri 55 yaşı tamam olan  ən balaca boylu aktyor, Hollivud ulduzu - Piter Dinkleyc səsləndirib.

Onun karyerasına cırtdanlığın bir forması - axondroplaziya mane olmayıb, baş və gövdə normal inkişaf edir, lakin əzaları qısa qalır. Dinklagenin boyu 135 santimetrdir.

Aktyor 50-dən çox filmdə maraqlı obrazlarla yadda qalıb. Aktyorun ən məşhur rolu Tyrion Lannister roludur, bu obrazda o nəcib bir cırtdan, zəkasının sayəsində sağ qalan intriqanı canlandırıb. Bu rola görə Dinkleyc  2011, 2015, 2018 və 2019-cu illərdə “Emmi”, 2012-ci ildə “Qızıl qlobus” alıb.

Aktyor hələ məktəb illərindən, dram dərnəyinə getdiyi vaxtdan səhnəyə çıxıb. O fiziki qüsurun insanın həyat yolunda əngəl olmadığını sübut etməyi bacaran insanlardandır.

Xəbər lenti