IMG-LOGO

Sərnişin qatarı, yanacaqdoldurma məntəqəsi və yük maşınlarını vurdular-VİDEO-YENİLƏNİB

13 Sep 2026 13:58 3 baxış
IMG
6 0

Rusiya Ordusu Ukraynanın Volın vilayətində, Polşa sərhədindən 2 kilometr məsafədə sərnişin qatarının lokomotivinə də zərbə endirib.

Lent.az xəbər verir ki, bu barədə “Ukrzaliznıtsya” məlumat yayıb.

Qeyd edilib ki, monitorinq qrupu əvvəlcədən qatar briqadasını təhlükə barədə xəbərdar edib və bunun sayəsində heç kim xəsarət almayıb.

Xatırladaq ki, Rusiya Ordusu Ukraynanın Volın vilayətində, Polşa ilə sərhəddə yerləşən “Yaqodin” keçid məntəqəsinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə və yük maşınlarına zərbə endirib.

“Yahodin” sərhəd-keçid məntəqəsi Volın vilayətində, Kovel rayonunun Starovoytovo kəndi yaxınlığında, Polşa tərəfində isə Doroqusk yaşayış məntəqəsinin yaxınlığında yerləşir. Bu məntəqə Ukrayna ilə Polşa arasında əsas avtomobil keçidlərindən biridir.

***

saat 11.40

Rusiya Ordusu Ukraynanın Volın vilayətində, Polşa ilə sərhəddə yerləşən “Yaqodin” keçid məntəqəsinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə zərbə endirib.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Nəticədə yanacaqdoldurma məntəqəsi və bir neçə yük avtomobili yanıb.

Görüntülərdə yanacaqdoldurma məntəqəsini və onun yaxınlığında dayanan yük avtomobillərini əhatə edən genişmiqyaslı yanğın əks olunub. Kadrlarda baş verənləri müşahidə edən insanlar da görünür.

https://t.me/apa_az/126262

 

Rusiya Ukrayna-Polşa sərhədi yanacaqdoldurma məntəqəsi

Mənbə: lent.az

Xəbər lenti