IMG-LOGO

İtən gəmi tapıldı, 6 ölü, 100-dən çox itkin var -YENİLƏNİB

13 Sep 2026 16:38 3 baxış
IMG
8 0

Göyərtəsində 243 nəfərin olduğu “Virgo Transport 8” sərnişin gəmisi Yava dənizində batıb.

Lent.az xəbər verir ki, bu barədə Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, 130 nəfər itkin düşüb, 107 nəfər xilas edilib, 6 nəfər ölüb.

Göyərtəsində 30 heyət üzvü də daxil olmaqla 243 nəfərin olduğu “Virgo Transport 8” gəmisi şənbə günü Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə yola düşüb. Gəmi ilə bu gün səhər saatlarında əlaqə kəsildikdən sonra axtarış-xilasetmə əməliyyatına başlanılmışdı.

***

saat 11.12

İndoneziyanın Yava və Borneo adaları arasında hərəkət edən “Virgo Transport 8” bərəsinin 103 sərnişini xilas edilib, 1 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə yerli axtarış-xilasetmə xidmətinin rəhbəri İ Putu Sudayana bildirib.

Qeyd edilib ki, gəmidə 243 sərnişin və ekipaj üzvü olub. Gəmisi bazar günü səhər Şərqi Yavanın Surabaya şəhərindən yola düşdükdən sonra əlaqə itib. Sudayananın sözlərinə görə, xilasedicilər gəmiyə çatmaq üçün hündürlüyü 2,5 metrə (8,2 fut) çatan dalğalarla mübarizə aparıblar.

***

saat 09.43

İndoneziyada göyərtəsində 241 sərnişinin olduğu gəmi ilə əlaqə kəsilib, axtarışlara başlanılıb.

Lent.az xəbər verir ki, İndoneziyanın Şərqi Yava əyalətində yerləşən və ölkənin ikinci ən böyük şəhəri olan Surabayadan Cənubi Kalimantan əyalətinin yerləşdiyi Şərqi Yavadan Borneo adası istiqamətində hərəkət edən gəmi ilə əlaqə kəsildikdən sonra xilasedicilər axtarış əməliyyatına başlayıblar.

Cənubi Kalimantan əyalətinin paytaxtı Banjarmasində yerləşən Axtarış və Xilasetmə İdarəsi bildirib ki, Surabayadan Banjarmasin şəhərinə gedən “Virgo Transport 8” gəmisi ilə əlaqənin kəsilməsi barədə məlumat daxil olub.

İlkin məlumata görə, gəminin son məlum mövqeyi Banjarmasindəki körpüdən təxminən 148 kilometr (92 mil) aralıda, Yava dənizində olub. Gəminin manifestində onun göyərtəsində 241 sərnişinin olduğu göstərilir.

Hazırda ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

Banjarmasindəki xilasetmə agentliyinin əməliyyatlar üzrə rəhbəri Arianto Ardi gəmi ilə əlaqənin kəsildiyini təsdiqləyib və xilasedicilərin əraziyə göndərildiyini bildirib. Trisakti ərazisində əməliyyat qərargahı yaradılıb.

İlkin məlumata görə, gəminin operatoru gəminin əlverişsiz hava şəraiti ilə qarşılaşdığı barədə məlumat aldıqdan sonra hadisə barədə məlumat verib.

 

İndoneziya gəmi

Mənbə: lent.az

Xəbər lenti