Avstraliyalı məşhur televiziya aparıcısı Larri Emdur iddia edir ki, həyat yoldaşı ona Hollivud ulduzu ilə yatmağa icazə verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, bu açıqlamanı aktrisa və komediyaçı Nikki Osbornun podkastında verib.
Emdur iddia edir ki, arvadı ona başqa bir qadınla münasibət qurmağa icazə verib, amma o, heç vaxt təklifi yerinə yetirməyib.
"Çünki sən arvadını sevirsən", - Osborn cavab olaraq təklif edib.
"Çünki onu tapa bilmədim. Ava Mendesi tapmaq həqiqətən çətindir", - aparıcı şikayətlənib.
"Ava Mendes kimdir? Sən amerikalı aktrisa Ava Mendesi nəzərdə tutursan? Adını belə düzgün tələffüz edə bilmədin. O, səninlə yatmayacaq, Larri", - Emdurun həmsöhbəti onu ayıldıb.
Aparıcı zarafatla bildirib ki, məhz bu səbəbdən həyat yoldaşı ona Hollivud ulduzu ilə cinsi əlaqədə olmağa icazə verib.
Larri Emdur televiziya aparıcısı
